DÜNYA ÖZ XƏBƏR

Ərdoğan Kılıçdaroğlunun çıxışı ilə bağlı DANIŞDI

Prezident Rəcəb Tayyib Ərdoğan Samsun Cümhuriyyət meydanında keçirilən mitinqdə çıxış edib.

32gun.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, CHP sədri və prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun Van mitinqində olan çıxışına toxunub.

Ərdoğan, "Mayın 14-də bu maskarad balasına son verəcəyik. Samsunda vətən, millət deyib, Vanda Selo üçün azadlıq tələb edənlərin maskasını mayın 14-də birlikdə endirəcəyik" ifadələrini işlədib.

Həmçinin, Ərdoğan 120 min nəfər olan böyük mitinqdə "Aramıza fitnə salmalarına icazə verməyəcəyik" ifadəsini işlədib.

Rza Hüseynov

Oxşar Xəbərlər