“Budur, meydanda və masa başında güclü Türkiyənin hekayəsi”.
32gun.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə özünün sosial media hesabında yazıb.
Polisimizi, askerimizi, sivillerimizi alçakça şehit edenlere terörist diyebilmek için Batı'nın gözünün içine bakanlar bilmezler.
— Recep Tayyip Erdoğan (@RTErdogan) May 5, 2023
Artık siyasi, diplomatik ve askerî hamleleriyle terör örgütlerine dünyayı dar eden bir Türkiye var.
İşte sahada ve masada güçlü Türkiye'nin hikâyesi… pic.twitter.com/dA0AHV0AJL
Sözügedən paylaşımda, Türkiyənin son illər qazandığı diplomatik nailiyyətlərdən danışılıb.
Bildirək ki, Ərdoğan bu paylaşımı ilə həm də Britaniyanın “The Economist” jurnalına göndərmə edib. “Qlobal güclərin əməliyyat aparatı olan jurnalların üz qabığı ilə daxili siyasətimizin yönləndirilməsinə, milli iradənin yellənməsinə imkan verməyəcəyik” - deyə, o, bildirib.
![]()
Xatırladaq ki,“The Economist” jurnalının bu həftəki sayında, Türkiyədə keçiriləcək seçkilərlə bağlı qalmaqallı ifadələr işlədilib. Jurnal üz qabığında, “Ərdoğan getməlidir”, “Demokratiyanı xilas et” fikirləri yer alıb və Türkiyə Prezidenti diktator kimi təqdim olunub.
Nurlan Şiraliyev