DÜNYA ÖZ XƏBƏR

Ukrayna üçün yalnız bir sülh planı var - O da...

"Vladimir Zelenskinin təklifləri Ukrayna böhranının həlli üçün yeganə yoldur".

32gun.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) baş diplomatı Josep Borrell bildirib.

O, Ukrayna üçün yalnız bir sülh planının var olduğunu qeyd edərək, Çinin təklif etdiyi təşəbbüsü xoş arzular toplusu adlandırıb.

Xatırladaq ki, Vladimir Zelenski 2022-ci ilin noyabrında baş tutan G20 sammiti zamanı Ukraynadakı münaqişənin həlli üçün on bəndlik plan açıqlamışdı.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər