Rusiya Prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonu Moskvaya səfərə dəvət edib.
32gun.az xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfərin məqsədi mayın 9-da keçiriləcək bayram tədbirlərində birgə iştirakdır.
Qeyd edək ki, mayın 9-da Moskvada "İkinci Dünya müharibəsi"ndə qələbənin 78-ci ildönümü qeyd ediləcək.
Nurlan Şiraliyev