Mayın 3-nə keçən gecə Kremlə pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücum Rusiyanı təşvişə salıb.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, bu hadisənin ardınca yeni təhlükəsizlik tədbirlərinin hazırlanması, qartal donanmasının yaradılması üzrə işə başlanılıb.
Xatırladaq ki, hücumla bağlı Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev təklif irəli sürmüşdü. O, təklifində Kreml və Putini qorumaq üçün ölkədə qartal donanmasının yaradılmasını təklif etmişdi.
Nurlan Şiraliyev