İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun Konyada keçirəcəyi mitinqlə bağlı təxribat xarakterli paylaşımlar edən Türkiyə Qızıl Aypara cəmiyyətinin iki rəhbəri vəzifəsindən azad edilib.
32gun.az xəbər verir ki, bu barədə Türk Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb.

Vəzifəsindən azad edilən şəxslər mitinqlə bağlı paylaşımlarında, "Ölkədə Həcc dövrü erkən başladı. Sabah Konyada hər şey gözəl olacaq. Şeytan daşlamaq istəyən Anıt Meydanına gedə bilər" ifadələrini işlədiblər.
Xatırladaq ki, ötən gün Ərzurumda baş tutan mitinq zamanı insident baş verib.
Nurlan Şiraliyev
