Millət vəkilliyinə namizəd Hüseyn Ata Kaşgöz "Məmləkət" partiyasının lideri Məhərrəm İncə barədə qalmaqallı iddia irəli sürüb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, canlı yayımda partiyasından və millət vəkili namizədliyindən istefa verdiyini açıqlayan Kaşgöz, "Bunu demək istəməzdim, amma gəncləri ayıltmaq lazımdır" - deyə, vurğulayıb.
"Halk TV" də çıxış edən Kaşgöz, Məhərrəm İncəni tənqid edərək, "Cümhuriyyət Xalq Partiyasının keçmiş sədr müavini, atatürkçü, dediyini edən, Məhərrəm İncə artıq yoxdur. Onun yerinə heç tanımadığımız, tanımaqda çətinlik çəkdiyimiz hətta "mən müəlliməm, gəncləri necə aldatmağı yaxşı bilirəm" ifadələrinin işlədəcək biri gəldi".
Rza Hüseynov