İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində 30 sentyabr 2022-ci ildə baş verən “Qanlı Cümə” adlı hadisələrlə bağlı 26 dövlət məmuruna qarşı protokollar hazırlanıb.
32gun.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda İran Silahlı Qüvvələrin Ədliyyə Baş İdarəsinin rəisi Əhməd Rıza Purhakan Zahidan şəhərində açıqlamalar verib.
Purkahan tərəfindən İran Respublikasının Ali dini lideri Əli Xameneinin cinayətkarlarla bağlı Zahidan bölgəsinə səfər etdiyini bildirib.
Purkahan, "Bu hadisəni törədən müttəhimlərdən 11 nəfəri adam yaralamqla günahlandırıldı. 15 nəfəri isə vəzifədən sui-istifadə etmək, əmrlərə tabe olmamaq cinayətləri ilə mühakimə olunacaq" - deyə, bildirib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 30-da Hökumət qüvvələri Sistan-Bəlucistan mərkəzi Zahedan şəhərində kütləvi qətliam törədiblər. Cümə namazından çıxan insanlar İran İnqilab keşikçiləri Ordusu (SEPAH) tərəfindən atəşə tutulub. Nəticədə onlarla ölən və yaralanan olub. İranda bu hadisəni "qanlı cümə" adlandırıblar.
Rza Hüseynov