Məhkəmə icraçısını güllələyən şəxsə hökm oxunub.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, Kemero vilayət məhkəməsi Artem Pakalov barəsində ömürlük həbs cəzası müəyyən edib.
Xatırladaq ki, sözügedən hadisə 2020-ci ilin yanvar ayında baş verib. Novokuznetsk məhkəməsinə silahla gələn A.Pakalov qarşısına çıxan məhkəmə icraçısını güllələyib. Daha sonra o, eyni silahla məhkəmədəki şahidlərdən birinə xəsarət yetirib.
Nurlan Şiraliyev