Yusuf Başdağ adlı Türkiyə vətəndaşı Aydın şəhərində baş tutan səsvermə zamanı infarkt keçirib.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, skamyada əyləşən 70 yaşlı vətəndaşın halı qəfil pisləşdiyi üçün o, xəstəxanaya aparılıb. Lakin edilən bütün müdaxilələrə baxmayaraq Y.Başdağ dünyasını dəyişib.
Bildirək ki, hadisə ötən gün saat 10.00 radələrində Atatürk Orta Məktəbinin bağçasında baş verib.
Nurlan Şiraliyev