İşə getmədən illərdir maaş alan şəxs aylıq məvacibində artım edilməməsini əsas gətirərək şirkəti məhkəməyə verib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, texnologiya şirkəti IBM-in 15 ildir xəstəlik məzuniyyətində olan əməkdaşı İan Klifford, illərdir maaşı artırmadığı üçün şirkətə qarşı "əlillik ayrı-seçkiliyi" iddiası ilə məhkəməyə baş vurub.
Şirkətin sağlamlıq sığortası çərçivəsində ildə cəmi 61.500 avro qazanan Klifford bu pulu 65 yaşına qədər almalıdır.
Beləliklə, ona ümumilikdə 1,7 milyon avrodan çox pul ödəniləcəkdi.
Clifford, maaşının inflyasiya səbəbindən dəyərinin azaldığını bildirib və IBM-in ona artım etməli olduğunu deyib.
Məlumatda qeyd edilir ki, 2008-ci ildə xəstəlik məzuniyyətinə çıxan Klifford işdən çıxarılmasını istəyib və təzminat tələb edib.
Lakin bu tələb qəbul olunmayıb. 2013-cü ildə şirkət barəsində şikayət edən zaman IBM onu işdən çıxara bilməyəcəklərini, lakin işdə də saxlaya bilməyəcəklərini söyləyib.
Bunun əvəzində əlillik sığortası planı təklif edilib. Hər iki tərəf razılaşıb. Bundan əlavə, şikayətlərinə görə ona 10 min avro təzminat ödənilsə də, bir daha şikayət etməyəcəyinə dair müqavilə imzalanıb.
Nəticədə o ildə 61 min 500 avro ödəmənin də yer aldığı müqavilə ilə anlaşlılıb və işləmədən pulunu almağa davam edib.
Klifford uzun illərdən sonra yenidən məhkəməyə müraciət edərək IBM-dən şikayətçi olub.
Lakin bu vəsatət hakim tərəfindən rədd edilib.
Ayxan