DÜNYA ÖZ XƏBƏR

Məhərrəm İncəyə görə 14 nəfər saxlanıldı - Biri həbs edildi

Məmləkət Partiyasının sədri Məhərrəm İncənin ünvanına nalayiq ifadələr işlədən şəxslərlə bağlı istintaq başladılıb.

32gun.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 14 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlar sosial media paylaşımlarına görə dindirilib. Məhkəməyə çıxarılan şəxslərdən Ozan Özgür D. həbs edilib, digər 13 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Onu da qeyd edək ki, başladılan istintaq zamanı 17 nəfərin həbs edilməsi nəzərdə tutulsa da, onlardan bəzilərinin xaricdə olduğu müəyyən edilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər