DÜNYA ÖZ XƏBƏR

İran vətəndaşları saxlanıldı - Özlərini polis kimi təqdim ediblər

Özlərini polis kimi təqdim edən üç İran vətəndaşı İstanbulda saxlanılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxslər vətəndaşların pullarını oğurlamaqda şübhəli bilinib.

Səid R., Fərhad K. və Hüseyn R. adlı İran vətəndaşları oğurluq əməlini özlərinə məxsus avtomobillə və saxta polis vəsiqəsi ilə həyata keçiriblər.

Bildirək ki, adıçəkilən şəxslər barəsində cinayət işi açılıb, hər üçü həbs edilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər