DÜNYA ÖZ XƏBƏR

"Fatih Portakalla küslüyük" - Fulya Öztürkdən ETİRAF

Türkiyəli jurnalist Fulya Öztürk "Fox TV" aparıcı Fatih Portakalla küslü olduqlarını etiraf edib.

32gun.az bildirir ki, F.Öztürk Gökhan Çınarın aparıcısı olduğu, "Youtube"da yayınlanan məşhur "Katarsis" verilişinqonaq olub. 

Fatih Portakaldan söhbət düşəndə, "Biz küslüyük. Həmişə deyirəm ki, səhv idi, o zaman psixologiyam normal deyildi.
O videoya baxa bilmirəm, nə qədər qışqırmışam. O videoya baxa bilmirəm, nə qədər ağlamışam. Demək ki, çox sarsıldım... Çox üzüldüm, çox haqsızlığa məruz qaldım. Mən qışqırmalı deyildim. 

O məndən böyükdür, lazım deyildi. Orada dediyim bütün sözlərin üzərində dayanıram, amma üslubum səhv idi”.

Qeyd edək ki,  "Fox TV" aparıcısı Fatih Portakal "Fulya ile Umudun Olsun" verilişində qonağın Fulya Öztürkə seksual məzmunlu film izlətdirdi iddiası ilə verilişdə manşet etmişdi.  Fulya Öztürk isə bu iddiaya aparıcısı olduğu verilişdə, canlı efirdə reaksiya verərək "Sadəcə reytinq məqsədi ilə absurd və iyrənc başlıqdır. Günah bu cür hallara yol verənlərindir" deyərək qışqırmağa başlamışdı

Xatırladaq ki, Vətən müharibəsi zamanı Fulya Öztürk Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb. O, müharibənin əvvəlindən sonunadək ən qaynar nöqtələrdə olub, xüsusən Ermənistan ordusunun Gəncə əhalisinə qarşı törətdiyi cinayətləri işıqlandırıb. 

Ayxan

Oxşar Xəbərlər