Diyarbəkirdə narkotik şəbəkəsinə qarşı əməliyyat keçirilib.
Əməliyyatda 68 yaşlı şəxsdən kuryer kimi istifadə edən dəstəyə qarşı keçirilən əməliyyatda 7 nəfər saxlanılıb.
32gun.az Türkiyə KİV-nə isti adən bildirir ki, kuryer kimi istifadə edilən şəxsin əlində əsa ilə küçədən keçdiyi anlar təhlükəsizlik kamerasına əks olunub.
Şübhəlilərin narkotik maddələri paxlava, zeytun, pendir və canlı göyərçinlərin olduğu qutuların altına gizlədərək daşıdıqları müəyyən edilib. .
Axtarışlar zamanı 4 kilo 633 qram metamfetamin, 3 kilo 620 qram skunks, 1 kilo 945 qram sirr götürülüb.
Polis bölməsindəki əməliyyatların ardından məhkəməyə sövq edilən saxlanılan şəxslər həbs edilib.
Ayxan