Rusiyanın "Red Wings" aviaşirkəti Gürcüstan və Rusiya arasında birbaşa uçuşlara başlayır.
32gun.az xəbər verir ki, məlumatı Gürcüstanın Mülki Aviasiya Agentliyi yayıb.
Agentlik, adıçəkilən aviaşirkətə Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva marşrutları üzrə birbaşa uçuşlar həyata keçirməyə icazə verib.
Bildirək ki, bu istiqamətlərə uçuşlar 2023-cü ilin iyununda başlayacaq.
Nurlan Şiraliyev