“Əl-Qaidə” terror qruplaşması tərəfindən qaçırılan avstraliyalı həkim Dr. Kennett Elliott 7 ildən sonra sərbəst buraxılıb.
32gun.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penny Vonq məlumat yayıb.
Nazir açıqlamasında, Dr. Elliottun sərbəst buraxıldığını və vəziyyətinin yaxşı olduğunu qeyd edib.
Xatırladaq ki, Dr.Elliott 40 ilə yaxın Avstraliyadakı klinikalara rəhbərlik edib. O, həyat yoldaşı ilə birlikdə 2016-c ildə "Əl-Qaidə" tərəfindən qaçırılıb. Qaçırıldıqdan 3 həftə sonra həyat yoldaşı sərbəst buraxılsa da, Ellitton həbs edilib.
Nurlan Şiraliyev