Başqırdıstan Respublikasının Belebey şəhərində adı çəkilməyən qadın sahibkarın biznesini hədə-qorxu yolu ilə əlindən almağa çalışan Rəşid Mustafa Bəylinin cinayət işi üzrə istintaq başa çatıb.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, cinayət işində iştirak edən təşkilatçı və "kiriminal avtoritet" barəsində, Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi üzrə qərar verilib.
Bildirək ki, Rəşid Mustafa Bəyli 2021-ci ildə, "Pegas" taksi şirkətinin və Ufu istiqamətində hərəkət edən marşrut xəttinin sahibkarını hədələyərək, onun biznesini ələ keçirməyə çalışıb. O, bunun üçün Yevgeni Qordeyev ("Qordey") və Railə Safina adlı "kiriminal avtoritet"lərlə danııq aparıb. Ümumilikdə, 1,5 milyon rubl müqabilində cinayət işində təqsirləndirilən şəxslər, ayrı-ayrı vaxtlarda ziyənçəkən şəxsdən, 13 milyon rubl və 2 milyon rubl məbləğində pul tələb ediblər.
Təqsirləndirilən şəxslər, Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Cinayət işində iştirak edən, "kriminal avtoritet" Railə Safina istintaqdan qaçıb və hazırda onun axtarışları davam edir. Bildirək ki, adı çəkilən cinayətkar federal axtarışa verilib.
Nurlan Şiraliyev