DÜNYA ÖZ XƏBƏR

Ərdoğan seçkilərlə bağlı əmin danışdı: "...məğlub oldu"

“Seçicilərimiz bizi yarı yolda qoymayacaq”.

32gun.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan CNN International-a müsahibəsində bildirib.

Dolmabahçe sarayında keçirilən müsahibəsində Ərdoğan indiki rəqibi ilə dəfələrlə qarşılaşdığını və bütün seçkilərdə qalib gəldiyini, insanların onu ruhdan salmayacağına əmin olduğunu qeyd edib:

"Hazırkı rəqibim bizə qarşı 15 seçkiyə qatıldı. Hər dəfə məğlub oldu"

Digər tərəfdən, Türkiyə lideri prezident seçkilərinin ikinci turuna inamlı olduğunu dilə gətirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər