DÜNYA ÖZ XƏBƏR

Kılıçdaroğlu ilə görüşən partiya sədri açıqlama verdi

Xəbər verdiyimiz kimi, “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu "Zəfər Partiyası"nın sədri Ümit Özdağla görüşüb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partiyanın qərargahında baş tutan görüşdən sonra hər iki tərəf açıqlama verib.

"CHP sədrinə və nümayəndə heyətinə təşəkkür edirik. Suallarımıza ətraflı cavab aldıq. Səlahiyyətlilərlə qiymətləndirmələr aparacağıq. Daha sonra digər siyasi partiyaların liderləri və Sinan Oğanla yenidən görüşəcəyik. Qısa müddətdə Türkiyə ictimaiyyəti ilə fikirlərimizi bölüşəcəyik" - deyə, Ümit Özdağ bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər