DÜNYA ÖZ XƏBƏR

"Cadu etmək" vədi ilə külli miqdarda pul mənimsədilər - Gecə klubunda... (FOTO)

Sakaryada sosial şəbəkədə saxta elan yerləşdirib, "cadu etmək" vədi ilə, eləcə də universitet tələbələrinə yardım adı ilə insanları aldadaraq külli miqdarda pulları mənimsyən şəxslər saxlanılıb.

32gun.az xəbər verir ki, hadisəni törətməkdə ittiham olunan 5 nəfərin mənimsədikləri milyonları gecə klublarında əylənərək xərclədiyi üzə çıxıb. 

Onlar ümumilikdə 235 nəfərdən 1 milyon 645 min TL mənimsəyib. Eləcə də universitet tələbələrinə yardım vədi ilə kredit götürdüb  750 min TL alıblar.

Polisin təşkil etdiyi xüsusi əməliyyatla saxlanılan  5 nəfər məhkəmə qarşısına çıxarılıb.

 Şübhəlilərdən 3-ü həbs olunub, 2-si isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Ayxan

Oxşar Xəbərlər