Almaniyanın Karlsrue şəhərində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarədə olan iki pilot həlak olub.
Bildirək ki, axtarışlar Rheinstetten-dən havaya qalxan təyyarənin itməsindən sonra başladılıb. Təyyarənin qalıqları Linkenheim-Hochstetten bölgəsindəki gölməçənin yaxınlığından tapılıb. Əraziyə gediş-gəliş çətin olduğundan, xilasetmə işləri helikopter vasitəsilə həyata keçirilib.
Qəzanın səbəbləri araşdırılır.
Nurlan Şiraliyev