DÜNYA ÖZ XƏBƏR

Faciəvi hadisə! Azyaşlı uşaq pəncərədən yıxıldı - Avtomobilin üzərinə düşdü

İstanbulda günorta saatlarında dəhşətli hadisə baş verib.

32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, üç yaşlı uşaq yaşadığı mənzilin pəncərəsindən yerə yıxılıb.

Nəticədə o, binanın qarşısındakı avtomobilin üzərinə düşüb.

Hadisəni görən şəxslər dərhal polisə və təcili yardım əməkdaşlarına məlumat verib. Avtomobilin ön tərəfinə düşən azyaşlı dərhal xəstəxanaya aparılıb. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, azyaşlı dördüncü mərtəbədəki açıq pəncərədən yıxılıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər