2022-ci ilin noyabrında 4 universitet tələbəsinin bıçaqlanaraq öldürülməsinə görə ABŞ-ın Aydaho ştatında həbs edilən Brayn Kristofer Kohberqer yenidən məhkəmə qarısına çıxarılıb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, Brayn Kristofer Kohberqer ona qarşı irəli sürülən ittihamlar qarşısında "susmağa" üstünlük verib.
Saxlanılan şəxsin vəkili “Hörmətli cənablar, biz susacağıq” deyə qeyd edib. Bundan sonra məhkəməyə sədrlik edən hakim Kohberqerin ona qarşı irəli sürülən bütün ittihamları rədd etmək kimi qiymətləndirib.
Oktyabrın 2-nə təxirə salınan işin təxminən 6 həftəyə tamamlanacağı gözlənilirdi. Lakin qərara əsasən prokurorlar 60 gün ərzində ittiham olunan şəxsə ölüm cəzası istəyib-istəmədiklərini yazılı şəkildə məhkəməyə təqdim etməlidirlər.
Hadisə ilə bağlı məlumatda qeyd edilir ki, Aydaho Universitetinin tələbələri İtan Çapin (20), Medison Mogen (21), Ksana Kernodl (20) və Keyli Qonsalves (21) 13 noyabr 2022-ci ildə evlərində bıçaqlanaraq öldürülmüş halda tapılıb. Polis və Federal Təhqiqat Bürosunun (FTB) qrupları uzun axtarışlardan sonra Kohberqeri 30 dekabr 2022-ci ildə Pensilvaniyadakı ailə evində tutublar. Çıxarıldığı ilk məhkəmədən sonra Kohberqer dörd birinci dərəcəli qətllə bağlı mühakimə olunmaq üçün Aydahoya gətirilmişdi.
Aydaho Universitetinin tələbə şəhərciyinin yerləşdiyi Moskva şəhərində 7 ildən sonra ilk qətl olan hadisə yerli ictimaiyyətdə və ölkədə böyük əks-səda doğurmuşdu.
Ayxan

