Sultanqazidəki məsciddəki çıxışında “28 May axşamı silahlarınızı hazırlayın, mənim ağzına qədər dolu iki silahım var” deyən imamla bağlı qərar verilib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Dəyanət İşləri Başqanlığı Cümə xütbəsindəki sözləri böyük reaksiyalara səbəb olan axundu vəzifəsindən uzaqlaşdırıb.
İmam haqqında istintaq başladılıb.
Hadisədən sonra polisə ifadə verən imam baş verənlərlə bağlı bunlarə danışıb:
"Qazilər, şəhidlər başımın tacıdır. Bu duaları hər həftə müntəzəm olaraq edirəm. Kimin dövlət başçısı olmasından asılı olmayaraq, mən həmişə dövlətin ağsaqqallarına dua edən adamam.
Döyülməmişəm, tanımıram, birinci dəfə görürdüm, amma Allah onlara rəhm versin. Bugünkü xütbənin mövzusu da qazilər və şəhidlər haqqında olub.
Allah xatirinə bütün etnik qruplar türk ay-ulduzlu bayrağımız altında yaşayır.
Nə şiyə, nə kürd, nə də sünni ilə problemimiz yoxdur. Biz təxribat xarakterli addımlar atmaq niyyətində deyilik. Cəmiyyətimiz bizi tanıyır",
Ayxan