"TikTok"un Çin versiyası olan "Douyin" sosial şəbəkəsində canlı yayın açaraq 7 butulka spirtli içki içən 34 yaşlı kişi 12 saat sonra evində ölü tapılıb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, soyadı Vang olan fenomenin içdiyi tərkibi 60 faiz spirtdən olan “Baijiu” adlı Çin içkisi olub.
Çin fenomeninin izləyiciləri 34 yaşlı kişinin başqa bir fenomenlə yarışdığını bildiriblər. İzləyicilərinin dediyinə görə, girdiyi yarışda ilk 3 dövrəni məğlub olan Vanq cəza olaraq 7 şüşə 'Baijiu' içib.
Ayxan