DÜNYA ÖZ XƏBƏR

"Suriyalıları türklərə yaraşan şəkildə göndərək"

"Suriyalıları göndərək amma türkə yaraşan şəkildə, insan kimi göndərək”.

32gun.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışı zamanı deyib. Nazir Körfəz ölkələrinin dəstəyi ilə 1 milyondan çox suriyalını ölkələrinə geri göndərmək üçün infrastruktur yaratdıqlarını bildirib.

"Bütün bu detalları nəzərdən keçiririk. Qayıdış belə olur. 

Bəziləri kimi qışqır-bağır salmaqla, irqçi və qeyri-insani rəftarla deyil, dostlar. O zaman irqçilərdən nə ilə fərqlənirik? Bəli, göndərək, amma insan kimi... Türkə yaraşan şəkildə göndərək, elə deyilmi?" - deyə Çavuşoğlu qeyd edib. 

Ayxan

Oxşar Xəbərlər