DÜNYA ÖZ XƏBƏR

Dəhşətli QƏZA: Avtobus yük maşınına çırpıldı - Ölən var

Türkiyədə 1 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, qəza zamanı sərnişin avtobusu yol kənarında dayanan yük maşınına çırpılıb.

Nəticədə avtobusun sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər şəxslər isə təcili xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər