"Bazar ertəsi yenidən başlayırıq. Cümhuriyyətin sevinci ilə yola çıxırıq".
32gun.az xəbər verir ki, bu sözləri "Məmləkət Partiyası"nın sədri Məhərrəm İncə bildirib.
O, sosial şəbəkə hesabından etdiyi paylaşımda, mayın 28-də keçiriləcək prezident seçkilərində heç kimi dəstəkləmədiyini qeyd edib.
29 maydan etibarən yenidən başlayacağını vurğulayan İncə, "Hər kəsi üçüncü yola; Ağıla, ədalətə, əxlaqa çağırdıq, səsimizi qısdılar, eşidilmədik. Biz təslim olduq? Heç vaxt!" sözlərinə davam edib.
Xatırladaq ki, Məhərrəm İncə mayın 11-də prezidentliyə namizədliyini geri götürmüşdü.
Nurlan Şiraliyev