İki ailə arasında başlayan mübahisə davaya çevrilib. Nəticədə hər iki tərəf odlu silahdan istifadə edib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Balıkəsir vilayətində yaşanıb. Ov tüfəngindən açılan atəş nəticəsində 7 nəfər ağır yaralanıb.
Hadisə yerində təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yaralılar dərhal xəstəxanaya aparılıb. Onlardan birinin həyati təhlükəsinin olduğu öyrənilib.
Nurlan Şiraliyev