DÜNYA ÖZ XƏBƏR

Polis zabiti öz toyunda iştirak edə bilməyəcək - Bu səbəbə görə

Türkiyə vətəndaşlarının Aİ-yə üzv dövlətlərə girişi üçün tələb olunan Şengen vizası ilə bağlı son zamanlar şikayətlər artıb. Viza müraciəti rədd edilən və ya aylarla ərizəsinin yekunlaşmasını gözləyənlərin sayı günü-gündən artır.

Bu siyahıya Almaniyada toy edən polis də əlavə edilib. 

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, İstanbul Polis İdarəsində məsul polis zabiti A.K.-nın ən xoşbəxt günü Almaniyanın viza baryerində ilişib.

Aylardır toya hazırlaşan A.K viza maneəsi səbəbindən Almaniya vətəndaşı olan nişanlısı Ece Canbaz ilə Almaniyada keçiriləcək toy mərasiminə qatıla bilməyəcək.

Bəy əsl şoku eyni vaxtda müraciət etdikləri anasına viza verilməsi ilə yaşayıb.

Ayxan

Oxşar Xəbərlər