DÜNYA ÖZ XƏBƏR

Dünyanın ən aktiv vulkanlarından birində püskürmə baş verdi - Video

Havay adalarında Kilauea vulkanı püskürüb.

32gun.az xarici KİV-ə istinasən bildirir ki, ABŞ-ın Havay arxipelaqlarından biri olan Böyük Adanın cənubundakı Havay Vulkanları Milli Parkında yerləşən Kilauea vulkanı yenidən aktivləşib.

 ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) tərəfindən edilən açıqlamada püskürmənin yerli vaxtla saat 04:40 radələrində baş verdiyi, lava axınının hazırda vulkanın kraterinə məhdud olduğu bildirilib. 

Yanvar ayında sonuncu dəfə fəaliyyətə başlayan Kilauea yenidən işə salındıqdan sonra həyəcan kodu narıncıdan qırmızıya yüksəldilib.

Ayxan

Oxşar Xəbərlər