DÜNYA ÖZ XƏBƏR

Tunel qazıntısı zamanı partlayış - Ərazidə qaz sızıntısı olub

Maltepe Meydanı Layihəsi işləri zamanı tuneldə təbii qaz partlayışı baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, onunla birlikdə güclü qaz iyi və kiçik partlayışlar olub. 

Bildirilir ki, hadisə  Maltepenin Bağdat küçəsində tikintisi davam edən Maltepe Meydan Layihəsi ərazisində yerləşən tuneldə baş verib.

İddiaya görə, qazma operatorunun səhv müdaxiləsi nəticəsində tuneldə təbii qaz borusu partlayıb. Partlayışdan sonra ətrafa sıx qaz iyi yayılıb. Qısa müddətdə yayılan qoxu ilə yanaşı, kiçik miqyaslı partlayışlar da fasilələrlə yaşanıb. Vəziyyətlə bağlı lazımı qurumlara məlumat verilib. 

Ünvana gələn qrupların təxminən yarım saatlıq işindən sonra partlayışın baş verdiyi ərazidə qaz sızması nəzarətə götürülüb. Ərazi piyadaların hərəkəti üçün bağlanıb. Vətəndaşlar arasında qısa müddətli panika yaşanıb. 

Ayxan

Oxşar Xəbərlər