DÜNYA ÖZ XƏBƏR

Vatikan Papa Fransiskin vəziyyəti ilə bağlı açıqlama verdi - 3 saatlıq əməliyyatdan sonra...

Dünən Romadakı Gemelli xəstəxanasında 3 saatlıq əməliyyat keçirən və xəstəxanada müşahidə altında saxlanılan Papanın sağlamlıq vəziyyəti ilə bağlı Vatikana məlumat verilib.

32gun.az xarici KİV-ə istinadən bidliririr ki, Papa Fransiskin vəziyyətinin yaxşı olduğu deyilib.

Vatikan Mətbuat Ofisindən verilən yazılı açıqlamada, "Əməliyyatdan sonra vəziyyəti təqib edən həkim qrupu, Papa Fransiskə uzun müddətli istirahətlə sakit bir gecə keçirdiyini bildirdi. Ümumi vəziyyəti yaxşıdır, oyaqdır və kortəbii nəfəs ala bilir. Müntəzəm müayinələr nəticəsində göstəriciləri yaxşıdır. Bütün günü. Əməliyyatdan sonra istirahətinə davam edəcək” deyə qeyd edilib. 

Xatırladaq ki, Katoliklərin ruhani lideri və Vatikanın dövlət baçısı Papa Fransiskin qarnındakı kəsik nəticəsində yaranan yırtıq səbəbiylə dünən həyata keçirilən laparotomiya və qarın divarı protezi əməliyyat olunub.

Oxşar Xəbərlər