DÜNYA ÖZ XƏBƏR

Bursada Suriya və Azərbaycandan olan 21 terrorçu saxlanıldı

Bursada separatçı terror təşkilatı PKK-YPG və DEAŞ-a qarşı əməliyyat keçirilib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, ümumilikdə 24 şübhəlinin tutulması üçün əməliyyat keçirilib.

12-si PKK/KCK-YPG terror təşkilatı üzvü, 12-si isə DEAŞ terror təşkilatı üzvü olan şəxslərdir.

Hər iki terror təşkilatının üzvləri Suriya və Azərbaycan vətəndaşlarından ibarətdir.

Əməliyyat nəticəsində 21 nəfər yaxalanıb. Nəzarətə alınan şübhəlilərin polis əməliyyatları davam edərkən, 3 nəfərin tutulması istiqamətində əməliyyatlar davam edir.

Ayxan

Oxşar Xəbərlər