Qaziantepdə qan donduran qətl hadisəsi baş verib.
32gun.az Türl\kiyə KİV-nə istinadən bildirir ki, Mertcan Köse (25) boşanma ərəfəsində olduğu həyat yoldaşı Bilge Köse (25) və qayınatası Ərtoğrul Kayanı (47) avtomobillərinin qarşısını kəsib. Avtomobildən düşən Mertcan Köse ov tüfəngi ilə həyat yoldaşını və qayınatasını bir-birinin ardınca güllələyib.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq əməkdaşları sövq edilib. . Təcili yardımla özəl xəstəxanaya aparılan Ərtoğrul Kaya və Bilge Köse həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyib.
hadisə ilə bağlı məılumatda bildirirlir ki, Bilge Köse ilə Mertcan Kösenin ötən həftə boşanma məhkəmələri olduğu və bu gün sənəd imzalamaq üçün ədliyyəyə çağırılıb. Mertcan Kösenin məhkəmədəki prosesləri bitdikdən sonra onları izləyib və qətli törədib.
Polis hadisədən sonra qaçan Mertcan Kösenin tutulması üçün əməliyyata balayıb.
Ayxan



