Türkiyədə nadir rast gəlinən hadisə baş verib.
32gun.az xəbər verir ki, "Harlequin tipi iktiyoz" (nadir görülən qalıcı dəri xəstəliyi) diaqnozu ilə körpə dünyaya gəlib. Xəstəliyin digər adı isə ''ilan dərisi'' olaraq bilinir. Körpənin dünyaya gəlməsindən 3 ay sonra isə atası körpənin atasının özü olmadığı iddiasını əsas gətirib. Bununla da o ''atalıqdan imtina'' ərizəsi ilə məhkəməyə müraciət edib.
DNT analizin nəticəsi isə M.T adlı atanın bioloji ata olması ilə 99 faizlə təsdiqlənib.
Həyat yoldaşının məhkəməyə müraciətindən sonra ana "Atasının bu iddiası namusumu və qürürumu ayaqlar altına aldı. Bu vəziyyət məni incitsə də, məni qorxudan tək oğlumdan alınacaq qan nümunəsi oldu. Dərisi qanamasın deyə gecə-gündüz onun başı üzərində durarkən atasının qəddar olması ürəyimi parçaladı" deyə bildirib.
Qeyd edək ki, uşağın babasnın qəyyumluq istəyinə atanın etirazından sonra qəyyumluq məhkəmədə fəaliyyət göstərən vəkilə verilib.
Aysel Şirinova