DÜNYA ÖZ XƏBƏR

BMT tarixi razılaşmaya imza atdı

Birləşmiş Millətlər Təşkilatı açıq dənizlərdə biomüxtəlifliyin qorunması ilə bağlı istiqamətində mühüm addım atıb.

32gun.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı anlaşma BMT çərçivəsində danışıqlar üçün yaradılmış “Hökumətlərarası Konfrans”ın Nyu-Yorkda keçirilən sessiyasında 5 iclasdan sonra  yekdilliklə qəbul edilib. 

 BMT-nin baş katibi Antonio Quterreş mövzu ilə bağlı açıqlamasında "Okeanlara yeni bir ümid və mübarizə şansı verdiniz" deyib.

Bu müqavilə tarixi razılaşma kimi qeyd edilir.

Ayxan

Oxşar Xəbərlər