DÜNYA ÖZ XƏBƏR

Soyuducudan 4 nəfərin parçalanmış meyiti tapıldı - Dəhşətli qətli törədən şəxsin FOTOSU üzə çıxdı

Türkiyənin İzmir şəhərində, iki mərtəbəli evdə dəhşətli cinayət hadisəsi baş verib. 

32gun.az xəbər verir ki, 4 nəfəri öldürən qatil meyidləri parçalayaraq soyuducuda gizlədib. Ölən şəxslərin ana, iki qızı və qızlardan birinin sevgilisi olduğu məlum olub. 

Meyidlər tanınmaz halda olduğu onların məlum edilməsi məqsədilə DNA testi aparılıb.

AW918119_04

Məhəllə sakini isə ifadəsində:

 "Bu hadisə bizi çox təəccübləndirdi. Öz həyatlarını yaşayan sakit ailə idilər. Eşitdiyimə görə qatil bir neçə gün əvvəl məhəllədəki satıcıdan soyuducu axtardığını və haradan əldə edə biləcəyini soruşub. Hamımız narahatıq" deyə bildirib. 

AW918119_01

Hadisəni törədən şəxs öldürdüyü qadının sevgilisi olub. Qatil İzmir ərazisində tutularaq polis tərəfindən saxlanılıb. Saxlanma zamanı üzərində cinayətdə  istifadə etdiyi bıçaq aşkarlanıb. Hadisəni isə qısqanclıq zəmnində törətdiyini etiraf edib. Cinayəti törədən şəxs Türkmənistan əsilli Saparmurat Haliyevdir. Onun fotoları da ortaya çıxıb. 

Hadisə ilə bağlı məlumatda bildirilir ki, evdə yaşayan 4 nəfərdən, yəni türkmən əsilli Gülkəmər Xanımovadan, qızları Leyla Gəldiazova və Laçın Gəldiazovadan və Ruslan Kərimov adlı şəxsdən xəbər ala bilməyən qohumları vəziyyələ bağlıi polisə xəbər veriblər.  Bundan sonra hərəkətə keçən polislər  çilingərin köməkliyi ilə qapını açaraq mınziləi daxil olublar. Polis əməkdaşları gördükləri mənzərə qarşısında şoka düşüb və rəisə məlumat veriblər:  Ev parçalanmış bədən hissələri ilə dolu olub.  sözləri dəhşətin miqyasını ortaya qoyub. Ədliyyə Tibb Qurumunda aparılan

DNT testlərindən sonra 60-a yaxın torbada tapılan bədən hissələrinin puzzle kimi birləşdirillib. 

Aysel Şirinova

0x0-bayraklidaki-kan-donduran-cinayetlerde-yeni-gelisme-60-adet-delil-torbasi-ceset-dolu-1687213256128

Oxşar Xəbərlər