Fransanın cənub-şərqindəki Mazan qəsəbəsində baş verən iyrənc hadisə dünya mətbuatının gündəminə düşüb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, ər illərlə arvadına dərman içirdərək kişilər tərəfindən zorlanmasına icazə verib.
Hər şey Dominik P. adlı kişinin mağazalardakı qadınların soyunub-geyinmə otaqlarında gizli kameralar qoymasının akarlanması ilə balayıb. Şikayət əsasında saxlanılaraq araşdırılan Dominikin evində aparılan axtarışlar zamanı başqa video görüntülər əldə edilib. Görüntülərə baxan polislər gördüklərinə təəccübləniblər.Çünki görüntülərdə onlarla kişi çarpayıda huşsuz yatan qadınla cinsi əlaqədə olub. Çoxsaylı videolar aşkar edən polis araşdırmalarını dərinləşdirib.
Aradırmalar və dindirmələrdən sonra məlum olub ki, kişi illərdir həyat yoldaşına hər gecə dərman verib, sonra da evinə dəvət etdiyi kişilərin zorlanmasına icazə verib. Polis ən azı 92 hadisənin qeydə alındığını açıqlasa da, bəzi kişilərin təcavüz prosesini təkrarladığı üzə çıxıb.
Mazanda baş verən hadisədə kişinin həyat yoldaşına "Lorazepam" adlı sakitləşdirici dərman verdiyi üzə çıxıb. Həmçinin Dominikenin video qeydləri USB-də “İstismar” adlı faylda saxladığı müəyyən edilib. Yaşı 26-73 arasında olan 51 kişi zorlama ittihamı ilə saxlanılıb.
Həmçinin qeyd edilib ki, Dominik 50 illik evli olduğu və Fransuazanı təcavüz etməsi üçün adamları internetdə tapdığı məlum olub.
Bəzi şübhəlilər iddiaları rədd edib. Bəziləri “Həmin qadın onun arvadı idi. Onunla istədiyini edə bilər” deyib. Baqa bir insan isə qadının da bunu istədiyini iddia edib.
Fransuaza müayinələr edildikdən sonra onun 4 cinsi yolla keçən xəstəliyə yoluxduğu üzə çıxıb. Eləcə də qadının polisin görüntüləri tapmasından sonra hadisədən xəbər tutduğu öyrənilib.
Ginekoloji problemləri olduğunu, çox zəif və huşsuz olduğunu deyən qadının bu hadisələrdən xəbər tutduqdan sonra boşanma ərizəsi verdiyi və depressiyaya düşdüyü də bildirilib.
Ayxan