DÜNYA ÖZ XƏBƏR

İtən sualtı qayığın kapitanı ilə bağlı diqqətçəkən məlumat - İllər əvvəl "Titanik"də batmış ər-arvad... (FOTO)

Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan  “Titan” adlı sualtı qayıq itib.

"Titanik" görmək istəyənlər üçün turlar təşkil edən "OceanGate"in baş direktoru, itmiş gəmidə sərnişinlər arasında olan Stokton Raşla maraqlı məlumat yayılıb. Belə ki, S.Raşın 1912-ci ildə batan gəmi ilə diqqətçəkən əlaqəsi üzə çıxıb. 

32gun.az xarici KİV-ə istinadən bildirir ki,  Raşın həyat yoldaşı Vendi Raşın ulu baba və ulu nənəsinin "Titanik"də səyahət etdiyi məlum olub.

İngiltərə və ABŞ mətbuatında çıxan xəbərlərdə Vendi Raşın ulu babasının İsador Ştraus, ulu nənəsinin isə İda Ştraus olduğu açıqlanıb.

Titan gemisinin kaptanıyla ile ilgili dikkat çeken detay

Ştraus cütlüyünün "Titanik"də "First clas" hissəsində səyahət etdiyi, hər ikisinin qəzada öldüyü bildirilib.

New York Times qəzetində çıxan xəbərdə İda Strausun qəzadan sonra xilasetmə qayığına minməkdən imtina etdiyi və əri ilə birlikdə gəmidə qalaraq ölməyi üstün tutduğu da xatırladılıb.

Rəsmi qeydlərdə qeyd olunur ki, keçmiş konqresmen, Macy's mağazalarının qurucusu kimi çox varlı və hörmətli şəxs olan Isidor Ştraus xilasedici qayığa daxil edilib. Bununla belə, Strausun "böyük uşaqlar və qadınlar gedənə qədər xilasetmə qayığına minməkdən imtina etdiyi" bildirilib.  İda Ştraus da 40 illik həyat yoldaşı olmadan heç yerə getməyəcəyi qeyd edib. İda Ştrausun olay zamanı "Titanik"də olarkən xüsusi ssifarişlə hazırlanmış kürkünü öz qulluqçusu Ellenə  verdiyi xatırladılıb.

Xatırladaq ki,  bu kimi turlarda “Titanik” qalıqlarını görmək üçün şirkətin təşkil etdiyi 8 günlük turun qiymətinin adambaşına 250 min dollar olduğu bildirilib. 

“Titan” adlı sualtı qayığın axtarışları iyunun 19-u başlayıb. Qayıqda 5 nəfərin olduğu bildirilir.

Ayxan

britaniya-iten-sualti-qayigin-axtarislari-ucun-xususi-aparat-gonderdi

Oxşar Xəbərlər