DÜNYA ÖZ XƏBƏR

2 yaşlı uşaq 8 aylıq hamilə anasını öldürdü

ABŞ-da dəhşətli hadisə baş verib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, 2 yaşlı körpə 8 aylıq hamilə anasını atasının silahı ilə güllələyib.

Hadisı ilə bağlı məlumatda bildirilir ki, Ohayo ştatında baş verən hadisədə azyalı oğlan siyirmədən atasının silahını götürərək paltar yuyan yuyan anasının üzərinə tuşlayıb və atəş açıb. 31 yaşlı ana Laura İlq ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. 

Təcili yardıma kömək üçün zəng edən Laura, körpəsinin təsadüfən tətiyi çəkdiyini və özünü vurduğunu söyləyib. 

Hadisə yerinə təcili gələn polis qapını sındıraraq evə daxil olub, yuxarı mərtəbədəki yataq otağında ana və azyaşlı oğlunu tapıb.

Polis rəisi Devid Smit xəstəxanada təcili qeysəriyyə əməliyyatı edərək bətnindəki uşağı xilas etmək cəhdinin edildiyini, lakin bunun uğursuz olduğunu açıqlayıb. Ana xəstəxanaya yerləşdirildikdən bir neçə saat sonra dünyasını dəyişib. 

Körpənin atası Alek İlq deyib ki, o, silahı yataq otağının tumbasının çekmecesində gizlədib və kilidli saxlayıb.

Ayxan

Oxşar Xəbərlər