DÜNYA ÖZ XƏBƏR

Təcavüzə məruz qaldığını deyən qadını qorumaq istədi, öldürüldü

Türkiyənin Esenyurt adlı ərazisində dəhşətli cinayət hadisəsi baş verib. 

32gun.az xəbər verir ki, küçənin ortasında sevgilisi mübahisə edən qadına sevgilisi şiddət göstərib. Belə ki qadın özünü qorumaq üçün küçədəki mebel dükanlarından birinə daxil olub. Dükan sahibindən tanımadığı bir insanın onu narahat etdiyini və kömək etməsini xahiş edib. 

Dükan sahibi kömık üçün küçəyə çıxdıqda qadının sevgilisi ilə mübahisə ediblər. Mübahisə nəticəsində həmin şəxs dükan sahibini bıçaqlayıb və o hadisə yerində dünyasını dəyişib. 

Köməyə gələn digər məhəllə sakinin isə yaralandığı bildirilir. 

Qeyd edək ki, hadisəni törədən şəxs tutulub. 

Aysel Şirinova

Oxşar Xəbərlər