DÜNYA ÖZ XƏBƏR

Türkiyədə zəlzələ qurbanlarının başına daha bir iş gəldi

Hatayın Payas rayonunda zəlzələ qurbanlarının yaşadığı konteyner alovlanan yanğın nəticəsində yararsız hala düşüb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Konteynerdən alov çıxdığını görən vətəndaşlar təcili yardıma və yanğınsöndürənlərə məlumat verib.

Qısa müddətdə hadisə yerinə gələn Hatay Böyükşəhər Bələdiyyəsi Xilasetmə qrupları yanğına müdaxilə edib.

Yanğısöndürənlərin səyi nəticəsində yanğın qısa müddətdə nəzarət altına alınıb. 
Yanğın zamanı konteyner yararsız hala düşüb. 

Ehtiyat və profilaktik soyutma işləri sonrakı saatlarda da davam etdirilib.

Ayxan

Oxşar Xəbərlər