DÜNYA ÖZ XƏBƏR

Maliyyə nazirinin müəllimi itkin düşdü - Axtarışa polislər və xilasedicilər cəlb olundu (FOTO)

ABŞ-da yaşayan və Dünya Bankından təqaüdə çıxan 83 yaşlı Korhan Berzeq tətilə gəldiyi Balıkəsirdə Gönen rayonunda yoxa çıxıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, 8 gündür Berzeqdən xəbər alınmır. 

Gönen İlçe Baş məmuru Arslan Yurt, bölgədə aparılan axtarışlar zamanı Berzeglə hələ də əlaqə saxlamaq mümkün olmadığını, işlərin davam etdiyini bildirib.

Hadisə ilə bağlı məlumat bildirilir ki, Korhan Berzeq May ayında tətil üçün İngilis həyat yoldaşı Angela Berzeg (80) ilə Gönen kənddəki evinə gəlib. Ötən şənbə günü  səhər saatlarında Angela Berzeq səhər yeməyi hazırlayarkən evdən iti ilə gəzintiyə çıxan Korhan Berzeq geri qayıtmayıb.

Mobil telefonunu evdə qoyan ərinin qayıtmadığını görən Angela Berzeg itkin düşmüş şəxslərlə bağlı polisə məlumat verib. Bundan sonra əraziyə polis və xilasetmə dəstəsi sövq edilib.  Bütün meşə, mağara və kol-kosda axtarış aparan polislər və  xilaedicillər Korhan Berzeg və itini tapa bilməyib. Bu gün davam edən axtarış işlərinə ətraf əyalətlərdən mülki axtarış-xilasetmə qrupları və Bursadakı alpinist qrupları da qatılıb.

Kənd sakinlərinin bidlirdiyinə görə, Korhan Berzeq İTU-da professor kimi iqtisadiyyat üzrə müəllim işləyib. Sonra ABŞ-a gedib və Dünya Bankında çalışıb.
Korhan Berzeq həm də Xəzinə və Maliyyə Naziri Mehmet Şimşekin universitetdə müəllimi olub.
Hadisədən xəbər tutan nazir M.Şimşək ailəyə telefonla zəng edərək "Keçmiş olsun" deyib və gedişatla bağlı məlumat alıb.

Ayxan

Mehmet Şimşek’in hocası Korhan Berzeg tatil için geldiği Balıkesir’de kayboldu

 

Oxşar Xəbərlər