Türkiyənin Burdur ərazisində hər kəsi kədərləndirən hadisə baş verib.
32gun.az xəbər verir ki, qızının məzuniyyət günündə iştirak edən ata ürəktutmasından vəfat edib.
Balıkesirdə yaşayan ailə məzuniyyət günü üçün Burdura gəlib. Tədbir zamanı ailəsi ilə birgə şəkillər çəkdirib qızının sevincinə şərik olan ata maşınını parkin etmək üçün onların yanından ayrılıb.
Maşını saxlayan zaman ürəktutması səbəbilə huşunu itirən atanın həyatını xilas etmək mümkün olmayıb.
Həyat yoldaşı isə aciz halda "Biz Burduru çox sevmişdik, amma orda bir can qoyub gedirik" deyə üsyan edib.
Aysel Şirinova