DÜNYA ÖZ XƏBƏR

“Rostovu insan öldürmədən, bir güllə də atmadan aldıq” - Priqojindən yeni açıqlama

Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin rus ordusuna qarşı başlatdıqları üsyanla bağlı yeni açıqlama verib.

32gun.az-ın məlumatına görə, Priqojin deyib ki, onlar Rostovu güllə atmadan tutublar və xalq onları azad edənlər kimi qarşılayıb:

"Biz bir nəfər də olsun öldürmədik. Bir güllə atmadan Rostovu aldıq. Xalq bizi öz xilaskarları kimi qarşılayır". 

Rus ordusunun öz irəliləyişlərini dayandırmaq üçün müxtəlif üsullara əl atdığını müdafiə edən Priqojin, "Yollara tank əleyhinə mina qoymadıq. Rus hərbçilərinin yerləşdirdiyi minaları təmizlədik" deyib və mülki şəxslərə zərər vermədiklərini qeyd edib. 

 Priqojin həmçinin mesajında ​​Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla görüşmək xahişini təkrarlayıb. 
Ayxan

Oxşar Xəbərlər