Səudiyyə Ərəbistanı hökuməti "terrorçuluq" cinayətlərində təqsirli bilinən 2 yəmənliyə "ölüm cəzası" verib.
32gun.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi məlumat verib.
Verilən yazılı açıqlamada, “Yəmən vətəndaşı olan Abdurrahman Fərid "Əmir əl-Merri" və Məhəmməd Salah "Əmr əl-Merri" terror təşkilatına qoşularaq, dəstəkləyib və liderlərinə beyət ediblər” deyə qeyd edilib.
Açıqlamada həmçinin Abdurrahmanın Səudiyyə Ərəbistanında terror əməliyyatı keçirmək, təhlükəsizlik işçilərinə sui-qəsd cəhdi, təşkilatın ünsürlərinə yardım etmək və terror əməliyyatları üçün üzv toplanmasına hazırlıq məqsədilə terror təşkilatı yaratdığı vurğulanıb.
Onun partlayıcı kəmərləri olduğu və axtarışda olan şəxsləri gizlətdiyi bildirilib.
Eləcə də Məhəmmədin Səudiyyə Ərəbistanında terror əməliyyatları keçirmək üçün terror təşkilatına qoşulduğu, hərbi maşınları hədəfə almaq üçün partlayıcı yerləşdirdiyi, terror aksiyalarında istifadə etmək üçün təhlükəsizlik və hərbi bölgələr haqqında məlumat topladığı qeyd edilib. Açıqlamada, onlara aid edilən məsələlərlə bağlı səlahiyyətli məhkəməyə göndərilən şəxslərin edamına qərar verildiyi, ölüm hökmünün Ər-Riyadda həyata keçirildiyi qeyd edilib. Sözügedən şəxslərin yaşları və mənsub olduqları terror təşkilatı ilə bağlı məlumat verilməyib.
Ayxan