DÜNYA ÖZ XƏBƏR

190 min dollara 6 mənzil aldı - bir həftə sonra isə...

Türkiyənin Esenyurt adlanan ərazisində intenert üzərindən saxta ev alqı - satqısı edərək insanların pulunu mənimsəyən qrup üzvlərinin olduğu məlum olub. 

32gun.az xəbər verir ki, fırıldaqçı dəstə üzvləri 212 mənzili eyni anda 850 nəfərə satıblar. Fırıldağın qurbanı olan şəxslər içərisində İran vətəndaşı da var. 

 Suhaır Sarteb Mohammed Arkawazi adlı bu şəxs 190 min dollara 6 mənzil aldığını, bir həftə sonra isə 5 mənzilin açarının dəyişdirildiyini  bildirib.

esenyurtta-sebekenin-ele-gecirdigi-sitenin-magdurlari-konustu_2853_dhaphoto5

Qadın mənzillərinin artıq başqa şəxslərə satılıdığını bilib, lakin dəstə silahlı olduğu üçün əlindən gələ biləcək heçnə olmayıb. 

Zərərçəkmiş digər sakin Vedat Oral isə bu şəxslərin intenertdə "Fly Butik", "Özmed İnşaat" , "Durusu" kimi müxtəlif adlarla insanları aldatdığını deyib.

esenyurtta-sebekenin-ele-gecirdigi-sitenin-magdurlari-konustu_2853_dhaphoto4

Dəstənin qurbanları fırıldaqçıları  polisə şikayət ediblər.

Təxminən 30-40 nəfərlik bir qrup olduğu iddia edilən bu fırıldaqçıların bir qismi tutulub, digərlərinin isə axtarışları davam etdirilir. 

Aysel Şirinova

 

 

Oxşar Xəbərlər