DÜNYA ÖZ XƏBƏR

Arvadına intim mesajlar göndərən şəxsin başını daşla əzib, ov tüfəngi ilə güllələdi

Dənizlinin Çivril bölgəsində qan donduran qətl hadisəsi baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Gökhan S, həyat yoldaşına mobil telefonu ilə intim məzmunlu mesajlar göndərdiyini iddia etdiyi Hüseyn Ş-ni öldürüb. 

Hadisə ilə bağlı məlumatda qeyd edilib ki, motosikletlə hərəkət edən Hüseyn Ş-nin qarısını Gökhan S avtomobili kəsib. 

Mesaja görə onlar arasında başlayan mübahisə davaya çevrilib. Mübahisə davaya çevriləndə Gökhan S. da parçası ilə Hüseyn Ş.-nin başına vurub.

Daha sonra o, avtomobilindən götürdüyü sənədsiz ov tüfəngi ilə onun ayaqlarına atəş açıb. 

Ətrafdakıların xəbəri ilə hadisə yerinə təcili sağlamlıq və jandarma qrupları sövq edilib. Hadisə yerinə gələn təcili tibbi yardım qrupları Hüseyn Ş.-nin həyatını itirdiyini təyin edib.  Polis əməkdaşları Gökhan.S-ni elə hadisə yerində tutub. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Ayxan

18e0a7e16d64aaa2069a3c5010facaa2

feb89cd911681362424cf4e13a123067

 

Oxşar Xəbərlər